Gürcüstanda müxalifət partiyalarının ofislərində axtarışlar həyata keçirilib. Polis “Dora” partiyasının ofisində böyük miqdarda pirotexnika və etiraz aksiyalarında istifadə olunan kəsici-deşici və digər əşyalar aşkar edib.
Demokrat.az AZƏRTA-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, axtarışlar “Qrup zorakılığının təşkil edilməsi, buna qatılmaq və ya zorakılığa çağırış” maddəsi ilə aparılıb.
Məlumata əsasən “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiya da inzibati pozuntulara görə saxlanılıb. N.Qvaramiya polis əməkdaşını təhqir etməkdə təqsirli bilinir.