Məşhur “Azavtobus” MMC ilə əməkdaşı arasında maaş QALMAQALI — İş məhkəməlik oldu

HADİSƏ 15 apr 2024, 13:36
Türkiyə-Yaponiya birgə müəssisəsi olan “Anadolu Otomativ Senaye”(AOS) Şirkətinin Azərbaycandakı distribyutoru “Azavtobus” MMC məhkəməyə verilib.

Demokrat.az 32gun.az-a istinadən bildirir ki, Babayev Əli Oktay oğlu sözügedən şirkətlə bağlı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edib.

Hakim Leyla Talıbovanən sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - Əmək haqqı tələbi və Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələrdən ibarətdir.

"Azavtobus” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.05.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov, ev 91, qanuni təmsilçisinin Bağırov Laçın Mahmudoviç olduğu qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top