“Bayer Leverkuzen” tarixində ilk dəfə Almaniya çempionu olub

İDMAN 15 apr 2024, 00:15

Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Demokrat.az xəbər verir ki, Xabi Alonsonun başçılıq etdiyi "Bayer Leverkuzen" komandası XXIX turda çempionluğu rəsmiləşdirib.

Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb.

Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.

Qeyd edək ki, Alonsonun yetirmələri bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top