İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb

HADİSƏ 14 apr 2024, 18:30

İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu həyatlarının itiriblər.

Amid İsbərov və Fərhan Məmmədzadə 8-ci sinif şagirdləri olub.

***

saat 15.56

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top