“Telegram”a YENİLİK gəlir

İKT 10 apr 2024, 08:59

“TON Society” süni intellekt həllərinin işlənib hazırlanmasında ixtisaslaşan “HumanCode” şirkəti ilə birlikdə “Telegram” istifadəçiləri üçün biometrik autentifikasiyanı inteqrasiya edir.

Bu barədə TON bloqunda xəbər verilib.

Bildirilir ki, bu əməkdaşlığın əsas məqsədi innovativ biometrik yoxlama sisteminin yaradılması və tətbiqidir. Yenilik “Telegram” istifadəçilərinə ovuc izlərini skan edərək şəxsiyyətlərini təsdiq etməyə imkan verəcək.

Texnologiyanın yaxın beş il ərzində istifadəyə veriləcəyi gözlənilir. Bu təşəbbüs təkcə asan identifikasiya üçün deyil, həm də botlarla mübarizə üçün hazırlanır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top