Süni intellekt: İnsanlar işsiz qala bilər

İKT 08 apr 2024, 20:10
"Məzmun istehsalı kimi rutin işlər süni intellekt tərəfindən çox daha sürətli yerinə yetirilir. Bu səbəbdən süni intellekt insanlardan üstün tutula bilər”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri Kiber Təhlükəsizlik üzrə professor Kamal Bıçaqçı bildirib.

“TRT Haber”ə danışan professor vurğulayıb ki, süni intellektdəki son inkişaflar haqqında qiymətləndirmələr aparıb: 

“Araşdırmalar zamanı texnolagiyalarda böyük irəliləyiş olduğu məlum oldu. Əsasən son iki ildə "ChatGPT"nin yayımlanmasının əhəmiyyətli inkişafdır. 

Yaşanan inkişaflar qarşısında gənclərin işsizlik problemindən narahat olması normal haldır.

Kompüter və internet kimi əvvəlki elmi inkişaflara nəzər salsaq, bunlar işsizliklə nəticələnməyib. Lakin süni intellekt tamamilə fərqli bir texnologiyadır. 

Onun bizdən daha yaxşı edə biləcəyi bir çox şey var. Sonuncu “Devin” adlı süni intellekt proqram mühəndisi çox yaxşı kod yaza, proqram təminatı hazırlaya və proqram təminatında problem olarsa, bunu düzəldə bilər. 

Bu səbəbdən, 10-20 ildən sonra  əksər peşələr yox olmasa da, onların sayı xeyli azalacaq".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top