Səfirimiz gürcü ombudsmanla görüşdü

XARİCİ SİYASƏT 29 apr 2024, 23:00

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin ombudsmanı Levan İoseliani ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq, qardaşlıq əlaqələrinin son illər daha da inkişafından məmnunluq ifadə ediblər.

F.Quliyev Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlərlə yanaşı, digər sahələrdə əlaqələrin intensivliyindən söz açaraq, hazırda görülən işlər və gələcək əməkdaşlıq perspektivlərindən danışıb, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ilə Gürcüstanın Xalq Müdafiəçisi arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top