Stoltenberq Zelenski ilə görüşdü

DÜNYA 29 apr 2024, 21:38
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın paytaxtı Kiyevə gedib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, Stoltenberq səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Stoltenberq səfəri ilə bağlı açıqlamasında Kiyevə yenidən səfər etməyin vacib olduğunu vurğulayıb:

“Bu ölkəyə yenidən səfər etmək və prezident Zelenski ilə görüşmək vacibdir. Vəziyyət çətindir, lakin hələ də Ukraynanın qalib gəlməsi üçün gec deyil”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top