"İctimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir" — "Azercell" tənqid olundu

İKT 08 apr 2024, 13:30
Əksər ölkələrin mobil operatorları hesabat verərkən adətən ilk öncə gəlirləri, sonra infrastruktur xərclərini, daha sonra sosial xərclərini və nəhayət sonda dövlətə ödədiyi vergiləri açıqlayırlar.

Demokrat.az xəbər verir ki, bu barədə AİF prezidenti Osman Gündüz bildirib. Osman Gündüzün sözlərinə görə, "Azercell" dövlət şirkəti bir neçə gündür ki, hesabat xarakterli məlumatlar açıqlayır:

"Əlbəttə, bütün bunlar həm dövlət şirkəti olaraq, həmdə ən böyük vergi ödəyicisi olaraq (ötən il 167 milyon manat vergi ödəyib) təqdirəlayiqdir. O baxımdan ki, bir neçə il öncə iflas səviyyəsində olan bir operator artıq böyük gəlirlər qazanmağa başlayıb.

Amma maraqlıdır ki, "Azercell" ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir və mövcud beynəlxalq praktikanın tam əksinə hərəkət edir".

Osman Gündüz qeyd edir ki, bu dövlət şirkəti, əsas göstərici olan gəlirlərini açıqlamadan öncə artıq hər şeyi açıqlayıb, ödədiyi vergilər, sosiala xərclədiyi pullar, dəstəklədiyi layihələr və s.:

""Azercell" dövlət şirkətindən gözləntilər isə daha çox aşağıdakı ictimai əhəmiyyət kəsb edən məlumatlardır :

- Ötən il gəlirlər nə qədər olub və dinamika necədir?

- Bir abonentdən əldə olunan gəlir (ARPU) necə dəyişib ?

- ASAN imzadan əldə olunan gəlirlər necədir?

- Mobil internet xidmətləri və danışıqlar üzrə gəlirlər və dinamika necə olub?

- Rouminqdən daxil olan gəlirlər, Aztelekom-a ödənişlər və dinamika necə olub ?

- İnfrastruktura nə qədər yatırım edilib ?

- 2G, 3G və 4G/LTE ilə əhatə neçə faizdir ?

- 5G nə zaman olacaq ?

- Abonent bazası nə qədər artıb ?

- Azercell-in nə zaman özəlləşməyə çıxarılması hədəflənib? və s."

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top