Çirkli hava xərçəng riskini artırır

DÜNYA 08 apr 2024, 19:43
Havanın çirklənməsi xərçəng riski artırır, buna görə də siqaret çəkməyən şəxslərdə də ağciyər xərçəngi görülə bilər.

Demokrat.az
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən məlumat verilib.

Məlumata görə, hər il 6,7 milyon ölümün səbəbi hava çirkliliyidir. 

Hava çirklənməsinin 2019-cu ildə 4,2 milyon ölümə səbəb olub. Bunlardan təxminən 89 faizi Cənub-Şərqi Asiya və orta gəlirli ölkələrdə baş verib. 

ÜST standartlarına görə, havanın çirklənməsinə səbəb olan hissəciklərin sıxlığı hər kubmetr üçün maksimum 5 vahid olmalıdır, lakin 134 ölkə və regiondan 124-ü bu həddi keçib. 

Hesabata görə, ən çox çirklənmiş hava Banqladeşdədir, Pakistan və Hindistan ikinci sırada, Tacikistan isə üçüncü sıradadır. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top