Parisdə yaşayış binasında partlayış: Ölənlər var

DÜNYA 08 aprel 2024, 15:35
Fransanın paytaxtı Parisdə yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə baş verən partlayışda 3 nəfər həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, paytaxt Parisin 11-ci məhəlləsində yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə naməlum səbəbdən partlayış baş verib. 

Partlayış nəticəsində 3 nəfər dünyasını dəyişib. Əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib. Yanğın qısa zaman ərzində söndürülüb.

Təxliyə edilən bina sakinlərinin 2 saatdan sonra evlərinə qayıdacaqları bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top