Ali Məhkəməyə iki yeni hakim təyin olundu

DAXİLİ SİYASƏT 05 apr 2024, 12:42
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Bakı Apelyasiya məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apelyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub Asif oğlunun Ali Məhkəməyə hakim təyin olunması təklif edilib.

Məsələ səsverməyə çıxarılıb və Milli Məclisin qərarı ilə Aida Hüseyn və Teyyub Mixtarov Ali Məhkəmənin hakimi təyin olunublar.

Qeyd edək ki, Konstitusiyanın 131-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top