AZAL və “Birgə və Sağlam” İctimai Birliyi autizmli şəxslər üçün aviasiya dünyasına ekskursiya keçirib

SOSİAL 02 apr 2024, 19:08

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə autizmli uşaq və gənclər üçün xüsusi ekskursiya təşkil edib.

Tədbir hər il aprelin 2-də qeyd olunan Dünya Autizm Məlumatlandırma Gününə həsr olunub. AZAL-ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində keçirilən ekskursiya həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədini daşıyırdı.

Ekskursiya iştirakçılara aviasiya dünyasına unudulmaz səyahət edib müasir “Airbus A320neo” təyyarəsini ziyarət etmək imkanı yaradıb. Qonaqlar hava gəmisi ilə yaxından tanış ola, həmçinin böyük maraqla pilot kabinəsində əyləşərək şəkil çəkdirə biliblər.

Bundan əlavə, ekskursiya iştirakçıları AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Kinoloji xidmətinə baş çəkiblər.

Tədbirin sonunda qonaqlara “Airbus A320neo” təyyarəsinin maketləri hədiyyə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 apr 2024, 18:15
Top