"Azərbaycan ədəbiyyatını oxumurlar" — Gənc yazar

ƏDƏBİYYAT 02 apr 2024, 19:30
Bu gün Azərbaycanda ədəbiyyat sahəsində gənc yazıçı və şairlər formalaşıb. Yeni adlara rast gəlsək də cəmiyyət müasir qələm sahiblərinin çoxunu tanımır, əsərlərini oxumur. 

Gənc ssenarist və yazar Dəniz Pənahova Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə kitab sənayesi dünya səviyyəsində həyata keçirilsə, nəşriyyatlar yazıçılarımızı, onların kitablarını tanıtsa, əlbəttə ki, yazıçılar da tanınar:    
“Ölkədə hansı gənc yazarı dindirsən, oxucu kütləsinin azlığından, kitab oxumaq vərdişinin itirilməsindən, ümumi zövqün pozulmasından şikayətlənəcək.

Küçədə sorğu keçirsəniz, 10 nəfərdən 3-ü kitab oxuya ya oxumaya. Oxucuların çoxu da yerli ədəbiyyata üstünlük vermir, nəinki gənc yazarları, heç orta yaşlı yazıçılarımızı, ümumiyyətlə Azərbaycan ədəbiyyatını oxumurlar. 
Bizdə yazıçılar həm öz kitabını öz büdcəsinə çap edir, gücü çatan qədər reklam edir, üstəlik özü də satır. Bu belə olmamalıdır. Sistem kökündən dəyişməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top