ABŞ-də 1 nəfərdə quş qripi aşkarlandı

DÜNYA 02 apr 2024, 18:14
ABŞ-ın Texas ştatında bir nəfərdə quş qripi aşkarlanıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə ştatın Səhiyyə Xidmətləri Departamenti  məlumat yayıb.

Bildirilib ki, ştat ərazisində yaşayan bir nəfərdə quş qripi aşkar edilib. 

Qrip sözügedən şəxsə xəstəliyə yoluxmuş inəklərdən keçib. 

Bu, ABŞ-də insanda aşkar edilən ikinci quş qripi hadisəsidir.

Quş qripi virusları nadir hallarda insandan insana ötürülür. Buna görə də, geniş ictimaiyyət üçün riskin aşağı olduğu bildirilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top