Şahdağa yarım metrdən çox qar yağıb — FAKTİKİ HAVA

SOSİAL 27 mar 2024, 10:07
Martın 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, martın 27-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Bakıda və Abşeron yarımadasında da gecə saatlarında qısamüddətli yağış yağıb.

Martın 26-sı gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarında mülayimləşib.

Qar örtüyünün hündürlüyü Şahdağda 52 sm, Daşkəsəndə 11 sm, Lerikdə 6 sm, Gədəbəydə 3 sm olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda qar; Şahbuz, Astara, Tovuz, Ağstafa, Yardımlı, Ordubad, Lənkəran, Gəncə, Sədərək, Şəmkir, Qusar, Beyləqan, Naxçıvan, Naftalan, Ceyrançöl, Zaqatala, Şəki, Quba, Bərdə, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Altıağac, Quba, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Qrız, Şahdağ, Lerik, Yardımlı, Daşkəsən, Göygöl, Qax, Quba, Sumqayıtda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti (dağlarda 4 dərəcəyədək isti), Aran rayonlarında 5-9 dərəcə isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top