“Ərimin cəsədi altında gizləndik, qızıma dedim ki…” — Qalina həmin gecəni belə xatırlayır

DÜNYA 25 mart 2024, 00:20

“Üst geyimlərimizi qarderob otağına təhvil verib konsert zalına daxil olanda şok içindəydik. Zalda sözün həqiqi mənasında atışma gedir, adamlar təşviş içərisində ora-bura qaçırdı”.

SAVASH.ORG Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri “Crocus City Hall” terrorunda həyat yoldaşını itirmiş Qalina Şixovtseva deyib.

Qalina Şixovtseva qəhrəmanın həyat yoldaşıdır. Şəkil: qəhrəmanın VKontakte-dəki şəxsi səhifəsi

Özünün və qızının sağ qalmasında ərinə borclu olduğunu bildirən Qalina həmin anları belə xatırlayır:

“Güllələr bizim dayandığımız tərəfə atılırdı. Həyat yoldaşım Oleq cəld hərəkətlə məni və qızımızı arxaya çəkərək bədəni ilə bizi gizlətdi. Güllələr ona dəyməyə başladı və Oleq üstümüzə yıxıldı. Mən və qızım onun cəsədi altında gizlənmişdik. Güllələrdən biri də qızım Nataşaya dəydi. Qızıma pıçıldadım ki, özünü ölülüyə vursun. İkimiz də dəqiqələrlə tərpənməz halda dayandıq. Terrorçular öldüyümüzü zənn edərək zalın digər hissəsinə getdilər”.

Oleq Şıxovtsev həyatı bahasına qızı Natalyanı və həyat yoldaşı Qalinanı Crocusda törədilən terror aktında xilas etdi. Şəkil: Ok-da qəhrəmanın şəxsi səhifəsi

Atışmanın 10-15 dəqiqə çəkdiyini təxmin edən Qalina həmin anların ona əbədiyyət kimi göründüyünü deyib:

“İnsanlar çıxışa tərəf qaçırdı. Gördüm ki, ərim artıq nəfəs almır, qızımın çiynindən tutaraq çıxışa doğru irəlilədik. Cəsədlərin üstü ilə yeriyirdik. Bir kişi qızımı aparmaqda mənə kömək etdi və biz küçəyə çıxa bildik”.

Qalinanın sözlərinə görə, qızı hazırda reanimasiyadadır, onun səhhəti ağırdır. Qadın indi ərini tapmağa çalışır, baxmayaraq ki, onu sağ tapacağına heç bir ümidi qalmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top