“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulacaq

GÜNDƏM 22 mar 2024, 10:00

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

Demokrat.az xəbər verir ki, ilk gündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulacaq.

Onlardan 4-ü qadın, 4-ü kişi olacaq. Yalnız Acelya Toprak və Ruslan Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulacaqlar. Digər cüdoçularımız isə 1/16 finaldan çıxış edəcəklər.

1/16 final: Leyla Əliyeva (48 kq) - Katarina Tanzer (Avstriya)

1/16 final: Gültac Məmmədəliyeva (52 kq) - Leonye Qonzales (Fransa) / Binta Ndiaye (İsveçrə) cütünün qalibi

1/32 final: Acelya Toprak (57 kq) - Nino Loladze (Gürcüstan)

1/16 final: Fidan Əlizadə - İrina Zueva (AİN) / Qvantsa Mtçedlişvili (Gürcüstan) cütünün qalibi

1/16 final: Turan Bayramov (60 kq) - Kvanq Cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) cütünün qalibi

1/16 final: Balabəy Ağayev (60 kq) - Vicay Kumar Yadav (Hindistan)

1/32 final: Ruslan Paşayev (66 kq) - Gigi Otyaşvili (Gürcüstan)

1/16 final: Rəşad Yelkiyev (66 kq) - Olu Kubaniçbek Aybek (Qırğızıstan)

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top