Bakıda “Galendewagen” 6 maşını əzdi — VİDEO

HADİSƏ 19 mart 2024, 12:44
Bakıda zəncirvari qəza olub.

Demokrat.az xəbər verir ki, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Qəza yerindən videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumatlara görə, “Galendewagen” markalı avtomobil ərazidə altı nəqliyyat vasitəsini əzib.

Avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top