“Netflix” istifadəçilərin üzvlük ləğv etmələrini çətinləşdirməkdə və üzvlük ləğvi prosesi haqqında istifadəçilərə lazımi məlumat verməməkdə ittiham olunur.
Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Rabitə Komissiyası məlumat yayıb.
Məlumata görə, Cənubi Koreya qlobal rəqəmsal yayım platforması “Netflix”ə qarşı abunəliyin ləğvi prosesində problemlərin olması ilə bağlı istintaq başladıb.
Qeyd edək ki, “Netflix” 11 milyondan çox abunəçi ilə ölkədə aylıq ən çox istifadəçi sayına malik rəqəmsal platformadır.
Bundan əlavə, platforma 2022-ci ilin fevralında Cənubi Koreyada “qeyri-qanuni abunəlik təcrübələri”nə görə cərimələnmişdi.
Aysu
Demokrat.az