Ukraynanın nəzarətindəki hərbçilər Rusiyada yaşayış məntəqəsini ələ keçirib

REGİON 17 mar 2024, 17:47
Belqorod vilayətinin Qorkovski kəndi Rusiya Azadlıq Qüvvələrinin nəzarəti altına keçib.

Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın Teleqram kanalında məlumat və kadrlar dərc olunub.

Bildirilib ki, hərbi əməliyyat “içkeriyalı könüllülər”lə birgə aparılıb.

Qeyd edək ki, Rusiya Azadlıq Qüvvələri rusiyalı əsir və könüllülərdən ibarət hərbi birləşmədir və Ukrayna Silahlı Qüvvələrinə tabedir. Ötən ilin martında Rusiyanın Ali Məhkəməsi təşkilatı terror qruplaşması kimi tanıyıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top