AŞPA islamofobiyanı təşviq edir — Prezidentin köməkçisi

XARİCİ SİYASƏT 14 mar 2024, 13:23
Avropa Şurası Parlament Assambleyası (AŞPA) islamofobiyanı təşviq edir.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel iclasında deyib.

H.Hacıyev AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyinə diqqət çəkərək bildirib ki, Azərbaycan stabil regionun qurulması üçün çalışır. Bu isə BMT konsepsiyası əsasında qurulacaq.

"Biz çoxtərəfli böhran yaşayırıq. Beynəlxalq təşkilatların qarşılarında duran öhdəlikləri icra etməmələri əsas problemlərdəndir. Məsələn, COVID-19-un vurduğu ziyanların qarşısı tam alınmamışdı. Azərbaycan isə koronavirus pandemiyası ilə mübarizədə öz töhfəsini verdi", - Prezidentin köməkçisi əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top