“Göstəricilər bir-birinə çox yaxındır” — İnflyasiya ilə bağlı PROQNOZ

GÜNDƏM 12 mar 2024, 20:59
Azərbaycanda illik inflyasiya ilə bağlı rəsmi statistika açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin yanvar-fevral aylarında ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,8%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7%, qeyri-qida məhsulları üzrə 101,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3% təşkil edib.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında inflyasiyaya dair builki proqnozları açıqlayıb: 

“Statistik rəqəmlərə əsasən bu ilin iki ayı ərzində inflyasiya səviyyəsi 0,8 faiz olub. İçkilər və tütün məmulatları üzrə isə 0,3 faizlik azalma baş verib. Lakin qeyri-qida məhsullarında artım daha çox – 1,4 faiz olub. 

Bu il ərzində proqnozlaşdırılan inflyasiya səviyyəsinə gəlincə, beynəlxalq qurumların və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının proqnozları arasında müəyyən fərqliliklər olsa da, göstəricilər bir-birinə çox yaxındır. Belə ki bu göstəricilər 4,2-4,5 faiz arasında dəyişir. Yəni bu il 5 faizdən çox inflyasiya gözlənilmir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top