Bakıda Novruz iməciliyi keçiriləcək

SOSİAL 07 mart 2024, 09:58
Yaz mövsümünün başlanması və Novruz bayramı ərəfəsində Bakıda iməcilik keçiriləcək.

Bu barədə Demokrat.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, martın 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.

"Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır", - məlumatda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top