Həftə sonları bəzi mərkəzi küçələr avtomobillər üçün bağlı olacaq

İNFRASTRUKTUR 04 mart 2024, 16:33
Həftə sonları Bakının Malakan bağı kimi tanınan ərazisinə yaxın küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) məlumat yayıb.

Bildirilib ki, növbəti mərhələdə qeyd olunan ərazilər piyadaların istifadəsinə veriləcək.

Qeyd edək ki, artıq bu gündən Bakının Malakan bağı kimi tanınan ərazisində Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb. Agentlik bununla ərazidə yaranan tıxacın qarşısını almaq niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyul 2025, 10:12
Top