Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

HADİSƏ 03 mar 2024, 18:30

Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Report-un Şimal bürosunun məlumatina gorə, "VAZ-2107" və "VAZ-21010"markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, Xaçmaz rayonu Moruqoba kənd sakini 1986-cı il təvəllüdlu Novruzov Vitaliy Raufoviç, 1981-ci il təvəllüdlu Xudat şəhər sakini, Həmrayev Bəhruz Allahyar oğlu və Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Elminaz Rahid qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top