Nazirliyin əsasnaməsində dəyişiklik edildi

SİYASƏT 02 mar 2024, 17:45
Prezident İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Demokrat.az xəbər verir ki, fərmana əsasən, əsasnamənin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılıb.

Qeyd edək ki, əsasnamənin 5.8-ci bəndində nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılması nəzərdə tutulurdu.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top