İranda seçkilər keçirilir

XARİCİ SİYASƏT 01 mart 2024, 10:58
Bu gün İranda Ekspertlər Şurası və Məclisə (birpalatalı parlament) seçkilər keçirilir.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin 87 milyon sakinindən 61 milyondan çoxu səsvermə hüququna malikdir. 

Bildirilir ki, Ekspertlər Şurasında 88 yer üçün 144 namizəd, İran parlamentində isə 290 yer uğrunda 15 200-dən çox namizəd mübarizə aparır.

Parlamentin yeni tərkibinin ilk iclasının mayın sonunda keçiriləcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top