"İdman TV" "Formula 1"in yayımlanmaması məsələsinə aydınlıq gətirdi

İDMAN 29 fev 2024, 16:38
Nə vaxt anlaşma olsa, yayımlamağa başlayacağıq.

Bunu "Report"a açıqlamasında "İdman TV"nin direktoru Rövşən Binnətli "Formula 1" üzrə Qran-prilərin yayımlanması ilə bağlı danışarkən deyib.

"Yarışı yayımlamaq üçün bizdən nə asılıdırsa, onu da edirik. Amma hər şey yayımçı şirkətdən asılıdır. Orada bəzi prosedurlar var. Onların cavabını gözləyirik. Bizdən asılı olanları zamanında etmişik. Yaxın günlərdə qeyri-müəyyənlik aradan qaldırılacaq".

Qeyd edək ki, hazırda "Formula 1" üzrə Bəhreyn Qran-prisi start götürüb. Bu gün iki sərbəst yürüş gerçəkləşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top