“Onun Heydər Əliyevə verdiyi söz motivasiya oldu” — Qurban Qurbanov

İDMAN 28 fev 2024, 14:13
“Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl mənə “Heydər Əliyevə bu komandanı Avropada tanıdacağıma söz verdim” demişdi. Bir azərbaycanlı olaraq bu mənim üçün böyük motivasiyadır”.

Demokrat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Anadolu Agentliyinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis fəaliyyətinə də bu motivasiya ilə başladığını bildirib: “İlk ilimizdə çempion olmasaq da, Azərbaycan kubokunu əldə etdik. UEFA Avropa Liqasında pley-off-a qədər irəlilədik. Bu o vaxt üçün böyük uğur idi”.

Q.Qurbanov komandasını səfər oyunlarında dəstəkləyən türkiyəli azarkeşlərə də təşəkkür edib: “Biz həqiqətən qardaşıq. Hər zaman bir-birimizin yanında olduq. Türk xalqına böyük hörmətim və etimadım var. Türkiyəli tərəfdarlar bizi öz komandaları olaraq görürlər. Səfər matçlarında gəlib “Qarabağ”a dəstək verirlər”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top