Rusiya Müdafiə Nazirliyinin binasını izləyən videokamera aşkarlandı

DÜNYA 27 fev 2024, 23:15

Moskvada Rusiya Müdafiə Nazirliyinin binasını izləyən antenli videokamera aşkarlanıb.

Rusiya Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki binasını müşahidə edən kamera yaxınlıqdakı binanın çardağında tapılıb.

Cihazı təsadüfən evə baxış keçirən kommunal işçilər görüblər.

Kamera ştativə quraşdırılıb və çox gözə çarpmaması üçün obyektivi divara doğru çevrilmiş olub. Cihaz Rusiya Müdafiə Nazirliyinin binası yaxınlığında nələrin baş verdiyini fasiləsiz olaraq yayımlaya və görüntünü onlayn olaraq uzaq məsafəyə ötürə bilib. Hazırda avadanlıq sökülərək mütəxəssislərə təhvil verilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top