Abşeronda şəhidlərimiz anıldı, müalicə alan qazilərimizə baş çəkildi — FOTOLAR

SOSİAL 27 fev 2024, 16:00
Şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu antiterror tədbirləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunan Arzullayev Murad Təvəkkül oğlunun anadan olmasının 26-cı ildönümü Xırdalan şəhərində qeyd edilib. 

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və məktəblilər iştirak edib. İştirakçılar Fəxri Xiyabanda qəhrəmanımızın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Xırdalan şəhərində davam edən tədbirdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı qələbədən danışıb. O bildirib ki, Müzəffər Ali Baş Komandanı cənab  İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə xalqımız döyüş meydanında düşmənə qalib gəlməsi ilə haqq ədalət bərpa olunub. İşğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb. Sonra şəhid Murad Arzullayevin atası Təvəkkül Arzullayev, Abşeron rayon Ağsaqqallar şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov və digərləri çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova şəhid Murad Arzullayevin əvvəllər yaşadığı evə gələrək onun ailə üzvləri ilə görüşüblər. Ailənin qayğıları ilə maraqlanan RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd edib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medallarına layiq görülən şəhid mayor Mayılov Emil Şahid oğlu 37-ci doğum günündə anılıb. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə çiçəklər düzülüb. 

Daha sonra RİH başçısı Abdin Fərzəliyev Emil Mailovun əvvəllər yaşadığı evinə gələrək onun ailə üzvləri ilə görüşüb, ailənin qayğıları ilə maraqlanıblar. Bildirilib ki, Emil Mayılov 2021-ci il 30 noyabr tarixində Mi-17 hərbi helikoterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətdən və şücaətdən bəhs edilib. 

RİH başçısı Abdin Fərzəliyev Abşeron Rayon Mərkəzi xəstəxanasında müalicə olunan Vətən Müharibəsi şəhidi Ziyəddin Rəşidovun atası Arzu Rəşidova, o cümlədən müharibə iştirakçıları Nurlan Babayev, Rasim Hacıyev və Bəxtiyar Ağayeva baş çəkib. Onların səhhətləri, müalicələri ilə maraqlanan Abdin Fərzəliyev tezliklə sağalmalarını arzulayıb, şəfa diləyib. Şəhid atası, eləcə də qazilər dövlətin hər bir qayğısı ilə əhatə olunduqlarını, müalicələrinin yüksək səviyyədə həyata keçirildiyini, xəstəxanada bütün lazimi tibbi tədbirlərin görüldüyünü vurğulayaraq onların müalicələrinin, reablitasiyasının təşkilində göstərilən böyük diqqətə görə dövlətimizin başçısına təşəkikürlərini vurğulayıblar. 

Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, "Hərbi xidmətlərə görə" , “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən Şabanov Rüfət Rauf oğlunun anadan olmasının 23-cü ildönümü yad edilib. Şəhidimizin Ceyranbatan qəsəbəsinəki məzarı ziyarət edilib, önünə gül dəstələri düzərək xatirəsini anılıb. Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri olan Rüfət Şabanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rüfət Şabanov 3 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Keçirilmiş görüş və tədbirlərdə şəhid ailələri və qazilər ilk günlərdən onlara göstərilən diqqət və qayğının yüksək qiymətləndirdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top