Ata və oğulun ölümündə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 23 fev 2024, 18:23
Ağsuda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Həsən Həsənlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xaliq Məmmədovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə ötən ilin noyabr ayında Ağsu dolaylarında baş verib. Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb. 

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Əmir Xangəldiyev və oğlu 2008-ci il təvəllüdlü oğlu Məsud Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. 

Nəqliyyat vasitəsinin sürücüsü Həsən Həsənliyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top