Bir sıra rayonlara qar yağıb — FAKTİKİ HAVA

GÜNDƏM 23 fev 2024, 18:15
Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Şəki, Quba, Şamaxı, Qobustan, Qax, Qrızda qar, Naxçıvan, Şərur, Ordubad, Gəncə, Ağdam, Şabran, Sabirabad, Ağsu, Salyan, Lerik, Naftalan, Neftçalada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında beş, Naxçıvan MR-da doqquz, Aran rayonlarında doqquz dərəcəyədək isti, dağlıq rayonlarda üç, yüksək dağlıq ərazilərdə doqquz dərəcəyədək şaxta olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top