Azad olunmuş ərazilərdə yol layihələri 2025-ci ildə tamamlanacaq

QARABAĞ 22 fev 2024, 10:12
Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur, onlardan üçünün reallaşdırılması artıq bitib.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bərdə-Ağdam, Hadrud-Füzili avtomobil yoları və "Zəfər yolu" üzrə işlər artıq bitib.

"Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzi layihələrdə layihə gücü artıq 70%-i ötüb", - Saleh Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu ilin sonu - 2025-ci ilin ortalarında qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top