“Azərişıq” ASC-dən daha bir YENİLİK

SOSİAL 21 fev 2024, 13:33
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) vətəndaşların “199” çağrı mərkəzinə müraciətlərində gözləmə müddətini azaltmaq üçün yeniliklər tətbiq edəcək.

Demokrat.az
-ın məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən brifinqdə məlumat verib.

2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında çıxış edən Araz Məmmədzadənin sözlərinə görə, qurum abonent məmnuniyyətini artırmaq üçün sosial şəbəkələr üzərindən sualların cavablandırılmasına başlayacaq:

“Bununla da abonentlər müxtəlif sosial şəbəkələr üzərindən ünvanladıqları sualların cavablarını qısa müddət ərzində ala biləcəklər”.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top