"Polad müəllim, gedin, Kamilə sahib çıxın!" — Brilliant Dadaşova

GÜNDƏM 21 fev 2024, 13:41
Xalq artisti Brilliant Dadaşova da fitnes məşqçisi Kamil Zeynallının Rusiyada hava limanında saxlanılmasına reaksiya verib.

Demokrat.az xəbər verir ki, müğənni K.Zeynallı üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib. O, səfirin "məhkəmənin qərarını gözləyirik" sözlərinə münasibət bildirib:

"Gözləyirik nədir? Polad müəllim, söhbət erməni məsələsidirsə, özünüz qalın gedin, Kamilə sahib çıxın. Prezidentimizin sizə göstərdiyi etimadı doğruldun, zəhmət olmasa",- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu daha əvvəl verdiyi açıqlamada K.Zeyallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib.

"Moskva vaxtı ilə təqribən gecə saat 3-də onunla şəxsən telefonla danışdım və Səfirliyin artıq onun məsələsi ilə məşğul olduğu barədə məlumatlandırdım. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq” - səfir söyləyib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top