Baku TV “Soydaş” Milli Mükafatına layiq görüldü

MEDİA 21 fev 2024, 12:33
Baku TV “Soydaş” Milli Mükafatına layiq görülüb.

Bu barədə İnterpress.az-a Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili məlumat verib.

O bildirib ki, Baku TV təşkilatların idarə heyətlərinin birgə qərarı ilə “Soydaş” Milli Mükafatına layiq görülüb.

Baku TV Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətlərinin işıqlandırılmasında və digər xidmətlərinə görə sözügedən mükafatla təltif olunub.

T.Allahverdili “Soydaş” Milli Mükafatını Baku TV-nin yaranmasının 6-cı ildönümü ərəfəsində kanalın rəhbəri Ramin Cəfərova təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top