Şagird yerdəyişməsinin səbəbləri — AÇIQLAMA

SOSİAL 20 fev 2024, 13:04
Bu gündən şagirdlərin elektron yerdəyişməsinə başlanılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə fevralın 20-i saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Lakin XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Təhsil eksperti Elçin Murad Demokrat.az-a şagirdlərin yerdəyişmə etməsinin səbəblərini açıqlayıb:

“Yerdəyişmə edilməsinin bir sıra səbəbləri var. Ailə yaşayış yerini dəyişə bilər. Bu gün rayon yerlərində işsizlik səbəbindən bəzi insanlar şəhərlərə köçürlər, uşağın məktəbini də dəyişmək məcburiyyətində qalırlar. Məktəbdə təhsil səviyyəsi valideyni qane etmədiyi üçün də yerdəyişmə edə bilər. Hər hansı şagird məktəbdə zorakılıqla üzləşə, müəyyən problemlə rastlaşa və nəticədə məktəbə getmək istəməyə bilər. Bu həm müdiriyyətlə, idarəetmə ilə, həm də şagirdlər arasında yaşanan intriqa halları ilə bağlıdır. Son vaxtlar məktəblərə kənar qüvvələr tərəfindən zərərverici maddələr daxili edilir, bu da valideynləri narahat edir və uşağın məktəbini dəyişməli olurlar. Digər bir səbəbsə valideynin uşağın adını başqa məktəbə yazdırmasıdır. Uşağın adı məktəbdə qeydə alınır, amma özü dərslərdə iştirak etmir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top