Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

SOSİAL 19 fev 2024, 10:36
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır.

Bu barədə Demokrat.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, fevralın 20-i saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Lakin XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top