Tramp: “ABŞ dağılır”

DÜNYA 19 fev 2024, 08:51
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar dağılır.

O, bunu Miçiqan ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Baxın, ölkəmiz dağılır. Biz üçüncü dünya ölkələri kimiyik”, - deyə Tramp qeyd edib.

O vurğulayıb ki, ABŞ prezidenti Co Bayden administrasiyasının siyasəti ucbatından ölkə yolunu azıb, gücünü və inamını itirib.

“Biz indi tənəzzülə uğramış bir xalqıq. Çox üzücüdür. Biz millət olaraq uğursuzluğa düçar oluruq. Biz inamını, iradəsini, qüdrətini itirmiş bir xalqıq. Biz yolunu azmış xalqıq”, - deyə o bildirib.

Həmçinin, Tramp Baydeni ölkə tarixində ən aşağı intellekt səviyyəsinə malik prezident adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top