Xaçmazda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb

HADİSƏ 18 fev 2024, 13:00
Xaçmaz rayonunun Ləcət kəndində “VAZ-2190” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub.

"Report"un Şimal bürosunun məlumatına gorə, hadisə nəticəsində avtomobillərin sürücüləri və sərnişinlər, Bakı şəhər sakinləri: - 1957-ci il təvəllüdlü Əmrahov Nazim Qasım oğlu, qardaşı, 1959-cu il təvəllüdlü Əmrahov Fariz Qasım oğlu, Xaçmaz rayon sakinləri - 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elbrusoviç, 1997-ci il təvəllüdlü Adilxanov Murad Xanlaroviç və 2001-ci il təvəllüdlü Əhmədxanov Nasir Nərimanoviç müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top