Qəbələyə bazar günü də qatar işləyəcək

SOSİAL 17 fev 2024, 13:15
ADY qış aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır. 

Demokrat.az xəbər verir ki,bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) məlumat yayıb.

Bildirilib ki, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarları həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Bilet almaq üçün ADY-nin kassaları, “ADY Mobile” tətbiqi və ya www.ady.az saytından yararlana bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top