Ədalət Şükürov qızının toyundan danışdı

ŞOU-BİZNES 16 fev 2024, 21:47

Əməkdar artist Ədalət Şükürov övladlarının xeyir işindən danışıb. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, oğlu Emilin toyuna çox sənət dostunu çağıra bilmədiyi üçün ondan inciyiblər:

"Sənət dostlarım çoxdur. Biz də tək deyilik, o biri tərəf də var. Kimsə inciyib, üzr istəyirəm".

Ə.Şükürov qızı Jalənin toyuna hazırlaşdığını vurğulayıb. Bildirilib ki, övladının toyu bir neçə ay sonra, yay aylarında olacaq. 

Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top