"Dedim, ay bala, bunu dəlixanaya qoyun" — VİDEO

HADİSƏ 13 fev 2024, 19:32
Bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemləri olub.

“Qafqazinfo” xəbər verir ki, bunu ailənin yaxınları jurnalistlərə açıqlamasında bildirib.

“İki gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə idik. Mənə dedi ki, Əhməd dərmanlarını atmır. Dedi ki, həkimlə danışmışam, aparıb Mərdəkandakı xəstəxanaya qoyacam” - ailə yaxınları deyib.
Məlumata görə, Əhməd ailədən ayrı yaşayıb, subay olub:

“Amma ailənin əli Əhmədin üstündə idi. Gündəlik 25-30 manat da pul verirdilər. Bir maşın da ayırmışdılar, taksi fəaliyyəti ilə məşğul olurdu”.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top