Azərbaycanlı ABŞ-də şahmat məktəbi açdı, turnir keçirdi — FOTO

İDMAN 13 fev 2024, 17:16
ABŞ-nin Virjinya ştatında həmyerlimiz beynəlxalq Qrossmeyster Rəşad Babayevin şahmat akademiyası "Gmchessprep" tərəfindən yeniyetmələr üçün şahmat turniri keçirilib.

Demokrat.az xəbər verir ki, yarış fevralın 11-i Mclean şəhərində baş tutub və yarışda 70-ə yaxın şahmatçı iştirak edib. Sevindirici haldır ki, bu bir Azərbaycanlının Amerikada bu səviyyədə keçirdiyi ilk yarışdır. Yarış ABŞ federasiyasının reytinq sistemi ilə hesablamaya daxil edilib. Yarışa yüksək maraq "Gmchessprpep" akademiyasının uğurlarıdır. Qrossmeysterimizin şahmat akademiyası ABŞ-də güclü şahmatçıların yetişdirməsində əhəmiyyətli rol oynayır.

Onlardan biri, Ryo Chen 14 yaşlı beynəlxalq ustadır. "Gmchessprep" akademiyası ABŞ-də orta, yuxarı təhsil məktəblərində də şahmat dərsləri verir. Bu həm də Azərbaycan şahmat məktəbinin ABŞ kimi ölkədə yüksək səviyyədə təmsilidir.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top