ABŞ-dan husilərə qarşı növbəti hava HÜCUMU

DÜNYA 06 fev 2024, 12:53
İranın dəstəklədiyi husilərə ABŞ və Böyük Britaniya tərəfindən daha bir hava hücumu edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Husilərə bağlı “SABA” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri Sədanın şərqinə 3 hava zərbəsi endirib. 

Yəmənin şimal-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Səda husilərin “qalası” kimi tanınır. 

ABŞ Mərkəzi Komandanlığından verilən açıqlamada da, husilərin nəzarətində olan ərazilərə hücumun təşkil edildiyi açıqlanıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top