Tokayev hökuməti İSTEFAYA GÖNDƏRDİ

DÜNYA 05 fev 2024, 14:27
Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

Baş nazir vəzifəsini müvəqqəti olaraq Roman Sklyar icra edəcək.

Qazaxıstan hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.

Hökumətin istefaya göndərilməsinin səbəbi açıqlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top