Çobanlarla fermerler arasında dava: Ölənlər var

DÜNYA 05 fev 2024, 18:30
Cənubi Sudanda otlaq məsələsinə görə çobanlarla fermerlər arasında dava baş verib. 

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, ölkənin Warrap və Lakes bölgələrində otlaq mübahisəsi zəminində çobanlarla fermerlər arasında münaqişə yaşanıb.

Qarşıdurmalarda 39 nəfərin həyatını itirdiyi, 52 nəfərin isə yaralandığı bildirilib. 

Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyi bildirilib. 

Həmçinin, qarşıdurmaların çobanlara məxsus sürülərin kənd təsərrüfatı ərazilərinə daxil olması səbəbindən baş verdiyi vurğulanıb. 

Qeyd edək ki, Cənubi Sudanda otlaq problemlərinə görə qəbilələr arasında tez-tez münaqişələr baş verir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top