Kaliforniyada fırtına xəbərdarlığı edildi

DÜNYA 05 fev 2024, 15:30
ABŞ-nin Kaliforniya ştatında tufana görə ştatın 8 şəhərində fövqəladə vəziyyət elan edilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Meteoroloji Xidmət məlumat yayıb.

Bildirilib ki, güclü qar, yağış və sahil daşqınları əyalətə təsir etməkdə davam edəcək:

"Əlverişsiz hava şəraiti insanlar üçün təhlükəli vəziyyətlərə səbəb ola bilər. Yağışlar özü ilə birlikdə dağıntı axınları və sürüşmə, həmçinin çay daşqınları təhlükəsini də gətirir.

Kaliforniya ştatında iki gün ərzində daşqınlar baş verə bilər. Bununla əlaqədar Los-Anceles, Orange, Riverside, San Bernardino, San Dieqo, San Luis Obispo, Santa Barbara və Ventura əyalətlərində fövqəladə vəziyyət elan edilib".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top